Azərbaycan güləşçilərindən Batumidə 5 medal
Martın 29-30-da Gürcüstanın Batumi şəhərində dünya çempionu Muxran Vaxtanqadzenin şərəfinə gənclər arasında yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib.
Komanda.az xəbər verir ki, məşqçilər Akif Əliyev və Zöhrab Abbasovun rəhbərliyi altında Azərbaycanı təmsil edən komandamız 5 medal qazanıb.
Niyaz Ərzumanov (67 kq) gümüş, Həsən Məmmədli (60 kq), Laçın Vəliyev (87 kq), Tarış Əbilov (97 kq) və Xasay Yusubov (130 kq) isə bürünc medala sahib olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin