Azərbaycan gimnastları beynəlxalq turnirdə 10 medal qazanıblar

Bədii gimnastika üzrə “Ocaq Sport” klubunun üzvləri Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Queen Cup” beynəlxalq turnirində 10 medal qazanıblar.

Komanda.az xəbər verir ki, onlardan 7-si qızıl, 1-i gümüş, 2-si bürünc mükafat olub.

Neslihan Əkbərli alətsiz, Alsu Abdullayeva həm alətsiz, həm gürzlər, Nilüfər Qasımova həm alətsiz, həm lent, Nuray Məmmədova isə topla hərəkətdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

İnara Abıyeva gürzlərdə birinci, alətsiz hərəkətdə üçüncü yeri tutub. Aylin Yusifli isə gürzlərlə gümüş, topla hərəkətdə bürünc mükafata sahib çıxıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button