Azərbaycan cüdoçularından Estoniyada 3 medal

Azərbaycanın cüdo millisi Estoniyanın paytaxtı Tallində keçirilən Avropa Açıq Turnirini 3 medalla başa vurub.

Komanda.az xəbər verir ki, yarışın son günündə Gültac Məmmədəliyeva (-52 kq) bürünc medala sahib çıxıb.

O, üçüncü yer uğrunda görüşdə Böyük Britaniya təmsilçisi Keytlin Barberi məğlub edib.

Xatırladaq ki, turnirin ilk günündə Fidan Əlizadə (-63 kq) gümüş, Madina Kaisinova (+78 kq) isə bürünc medal əldə etmişdi.

Azərbaycanın cüdoçuları Avropa Açıq Turnirini 3 medalla başa vurub

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button