Azərbaycan cüdoçuları Avropa kubokunda iştirak edəcəklər

Azərbaycanın gənc cüdoçuları İspaniyanın Malaqa şəhərində keçiriləcək Avropa kubokunda iştirak edəcəklər.

Komanda.az xəbər verir ki, cüdoçulara gənclərdən ibarət millinin baş məşqçisi Elxan Məmmədov və məşqçi Elxan Rəcəbli rəhbərlik edəcək.

Ö‌lkəmiz yarışda oğlanlar arasında 7 çəki dərəsində 14 cüdoçu ilə təmsil olunacaq. Daha sonra onlar mayın 20-22-də Malaqada təşkil olunacaq beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar.

60 kq

Əli Hacıyev
Murad Muradlı

66 kq

Mehdi Cəfərov
İslam Rəhimov
Məhəmməd Musayev

73 kq

Aydın Rzayev
Əbil Yusubov

81 kq

Süleyman Şükürov
Əli Hacızadə

90 kq

Davud Namazlı
Tuncay Şamil

100 kq

Əjdər Bağırov

+100 kq

Kənan Nəsibov
İlkin Baxşəliyev

Avropa kuboku mayın 18-19-da keçiriləcək. Turnirdə 21 ölkədən 351 idmançı iştirak edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button