Azərbaycan cüdoçuları Avropa çempionatının son hazırlığını Macarıstanda keçəcək

Azərbaycanın kişilərdən ibarət cüdo millisi Monteneqronun paytaxtı Podqoritsada təşkil olunacaq Avropa çempionatına son hazırlığı Macarıstanda keçəcək.

Komanda.az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, məşqlər aprelin 7-dən 12-dək Tata şəhərindəki Olimpiya Təlim Düşərgəsində reallaşacaq.

Avropa çempionatı aprelin 23-dən 27-dək keçiriləcək. Yarışda Azərbaycanı 9 kişi və 7 qadın cüdoçu təmsil edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button