Azərbaycan çempionatında növbəti turun proqramı bəlli oldu

Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunların keçirilmə vaxtı bəlli olub.

Komanda.az xəbər verir ki, dekabrın 5-də 4-cü turun iki görüşü baş tutacaq.

Günün ilk qarşılaşması “Milli Aviasiya Akademiyası” və “Azərreyl” komandaları arasında olacaq. Oyun saat 16:00-da başlayacaq.

Saat 18:00-da start götürəcək turun digər matçında isə “Murov Az Terminal” və UNEC kollektivləri üz-üzə gələcək.

Hər iki oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button