Azərbaycan çempionatına start verildi

Qadın həndbolçular arasında Azərbaycan çempionatına start verilib.

Komanda.az xəbər verir ki, “AHF Arena”da keçirilən yarışın ilk oyun günündə meydançaya əvvəlcə “İdman Akademiyası” və “Azəryol” komandaları çıxıblar.

Görüşün favoriti sayılan son ölkə çempionu fasiləyə 6 topluq üstünlüklə yollanıb – 15:9. “İdman Akademiyası” ikinci hissədə rəqibin təhlükəli həmlələrini dəf etməyə çalışsa da, ustalıq səviyyəsi öz sözünü deyib. Oyun 37:22 hesabı ilə “Azəryol”un xeyrinə bitib.

Günün ikinci matçında “Azərsu” U-16 ilə qarşılaşıb. Bu oyunda da imkanları daha yüksək qiymətləndirilən “Azərsu” inamlı qələbə qazanıb – 22:10.

İkinci turun görüşlərində də favoritlər növbəti qələbələrini qazanıblar. “Azəryol” “İdman Akademiyası”na 40:23, “Azərsu” U-16 komandasına 30:15 hesabı ilə qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button