
Azərbaycan birinciliyinin növbəti qalibləri müəyyənləşdi
Cüdo üzrə U-17 yeniyetmələr arasında Azərbaycan birinciliyində daha 5 çəki dərəcəsində medalçılar bəlli olub.
Komanda.az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində baş tutan yarışın ikinci günündə 141 cüdoçu tatamiyə çıxıb.
Qızlar 44 kq, 57 kq, +70 kq, oğlanlar isə 55 kq və 73 kq çəki dərəcələrində mübarizə aparıblar.
Ölkə birinciliyi dekabrın 21-də başa çatacaq.
İkinci günün mükafatçılarını təqdim edirik:
Qızlar
44 kq
- Nigar Heydərzadə (Champion 74)
- Fatimə Abdullayeva (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
- Ayan Həsənli (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
- Pərvin Sevxanlı (Bakı şəhəri 2 nömrəli RİOEUGİM PHŞ)
57 kq
- Gülnaz Məmmədtağıyeva (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
- Səmayə Yusifli (Balaxanı İM)
- Nəzakət Vəliyeva (Qədiroğlu İK)
- Səma Vəlizadə (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
+70 kq
- Zemfira Əliyeva (Bakı şəhəri 2 nömrəli RİOEUGİM PHŞ)
- Ləman Abbasova (Abşeron Xırdalan)
- Aysel Mustafazadə (İmişli)
- Arzu Rəşidova (Sumqayıt şəhəri İOEUGİM)
Oğlanlar
55 kq
- İbrahim Talıbov (Bakı şəhəri 6 nömrəli İOEUGİM PHŞ)
- Rza Xəlilli (ROİL)
- Məhəmməd Abdullazadə (Şuşa UGİM)
- Turan Ayvazlı (ACF)
73 kq
- Sadiq Məmmədov (Gəncə şəhəri 1 nömrəli UGİŞM)
- Xəyal Sərkərov (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
- Yusuf Nəzər (Bakı şəhəri 1 nömrəli RİOEUGİM PHŞ)
- Ruslan Əsgərov (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



