Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb

Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunev Estoniyanın Manniku şəhərində keçirilən “Lapua” Avropa Kubokunda növbəti uğura imza atıb.

Bu abrədə Komanda.az-a Azərbaycan Atıcılıq Federasiyasından (AAF) bildirilib.

Qeyd olunub ki, atıcı 25 metr mərkəzi atəş açma növü üzrə keçirilən yarışda yüksək nəticə göstərərək qızıl medal qazanıb.

Ruslan Lunev təsnifat mərhələsində 583 xal toplayaraq bütün rəqiblərini geridə qoyub, birinci yeri tutub və Azərbaycan bayrağını fəxri kürsünün ən yüksək pilləsində dalğalandırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button