Azərbaycan əsilli futbolçu FİFA-nın dəvətinə “yox” deyib

İran millisinin Azərbaycan əsilli sabiq hücumçusu Əli Daei DÇ-2022 üçün Qətərə getməyəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 53 yaşlı veteran futbolçu bu barədə şəxsi “instaqram” hesabında bildirib.

Daei FİFA və Qətər Futbol Federasiyasının rəsmi dəvətini geri çevirdiyini yazıb:

“Çoxumuzun özünü yaxşı hiss etmədiyi bu günlərdə İranda sizinlə birlikdə olmaq üçün həyat yoldaşım və qızlarımla mundialda iştiraka “yox” dedim. Yaxınlarını itirən ailələrə başsağlığı verirəm. İran və iranlılar üçün aydınlıq günlər ümidi ilə”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button