Ayxan Abbasov qovuldu

Futbol üzrə Azərbaycan Premyer Liqasının 20-ci turunun “Sumqayıt” – “Neftçi” matçının sonları gərginliyi ilə yadda qalıb.

Komanda.az xəbər verir ki, qarşılaşmanın baş hakimi Rəşad Əhmədov 85-ci dəqiqədə meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasovu texniki zonadan uzaqlaşdırıb. Gənc mütəxəssis bu qərarı çox aqressiv qarşılayıb və texniki zonanı tərk etmək istəməyib. Yalnız köməkçilərinin müdaxiləsindən sonra o, meydanı tərk etməli olub.

Qeyd edək ki, məhz onun meydanı tərk etməsindən sonra “Neftçi” daha bir qol vuraraq, üstünlüyünü 2:1-ə çatdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button