
Ayxan Abbasov: “Millidən təklif varsa, bundan imtina etmək olmaz”
“Şamaxı” bu gün Azərbaycan Premyer Liqasının 6-cı turunda “Araz-Naxçıvan”ı qəbul edib.
Komanda.az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan oyundan sonra bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı keçirilib. Abbasov oyuna yaxşı hazırlaşdıqlarını bildirib:
“Öncə Allahdan şəhidlərimizə rəhmət diləyirəm. Oyuna gəldikdə isə, yaxşı hazırlaşmışdıq. İlk hissədə futbolçularımız yaxşı çıxış etdi. İstədiklərimizi daha yaxşı etməyə çalışırdılar. Nəticədən əlavə, əzmkar mübarizə apardıq. İkinci hissəyə gəlincə, bilirdik “Araz-Naxçıvan” təzyiq göstərəcək. Rəqib iddialı komandadır. Bizim üçün mühüm xal idi. Çempionatımız sərtləşir. Çalışırıq ki, özümüz psixoloji olaraq hazır olaq.
Onsuz da mövsümün əvvəlindən milli komandadayıq. Millidən təklif varsa, bundan imtina etmək olmaz. Xırda detallar var, onlar həyata keçərsə, təklifi qəbul etmək olar. Millinin təklifini qəbul etsəm belə, yaya kimi “Şamaxı”dayam”.
“Şamaxı” növbəti turda “Qəbələ”nin qonağı olacaq.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



