Kamerunlu futbolçu “Arsenal”la “Barselona”nın “radar”ında

“Ayaks”ın qolkiperi Andre Onana Avropanın nəhəng klublarının diqqət mərkəzinə düşüb.

Komanda.az xəbər verir ki, 22 yaşlı qapıçıyla “Arsenal”, “Tottenhem” və “Barselona” yaxından maraqlanır. Bu barədə Hollandiya mətbuatı məlumat yayıb.

Onananın meneceri Albert Botin də “Barselona”nın futbolçuya marağının olduğunu təsdiqləyib.

“Barselona”nın yetirməsi olan Onananın “Ayaks”la 2021-ci ilə qədər müqaviləsi var.

Kamerunlu qolkiper bu mövsüm Erediviziyada 22 qarşılaşmaya çıxıb, 22 qol buraxıb, 14 matçda isə “çərçivə”ni toxunulmaz saxlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button