“Ayaks”ın müdafiəçisi PSJ-də – RƏSMİ

Fransa çempionu PSJ heyətinə daha bir futbolçu cəlb edib.

Komanda.az xəbər verir ki, Paris təmsilçisi Hollandiyanın “Ayaks” klubundan Mitçel Bakkeri transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 19 yaşlı sol cinah müdafiəçisi ilə 4 illik müqavilə imzalanıb. Bakker yeni komandasında 25 nömrəli formanı geyinəcək.

PSJ hollandiyalı futbolçunun transferi üçün qarşı tərəfə heç bir təzminat ödəməyəcək. Çünki gənc futbolçunun əvvəlki klubu ilə müqaviləsinin müddəti başa çatdığından, o, Fransa təmsilçisi ilə azad agent statusunda müqavilə bağlayıb.

2010-cu ildə “Ayaks”ın akademiyasına qoşulan Bakker, klubun U-17, U-19 komandalarında çıxış etdikdən sonra, 2017-ci ildən əvəzedici komandada forma geyinirdi. O, ötən mövsüm U-21-in heyətində 28 oyuna çıxıb, 3 qol ötürməsi verib.

PSJ bu yay transfer dönəmində Pablo Sarabia, Ander Herrera, Marçin Bulkanı da heyətinə qatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button