“Ayaks”dan Liqa 1 klubuna

Fransanın “Lill” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi Niderlandın “Ayaks” klubundan müdafiəçi Sven Botmanı transfer edib.

Bu barədə Fransa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 20 yaşlı mərkəz müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb. Niderlandın gənclərdən ibarət yığmasının üzvü yeni komandasında 5 nömrəli formanı geyinəcək.

“Ayaks”ın yetirməsi olan Botman ötən mövsümü icarə əsasında “Herenven”də keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button