“Avropada bəzi komandalar “Qarabağ”dan qorxurlar” – Veşoviç

“Qarabağ”ın futbolçusu Marko Veşoviç jurnalistlərə açıqlama verib.

Komanda.az xəbər verir ki,o, Avropada bəzi komandaların “Qarabağ”dan qorxduğunu bildirib:

“Titul qazandığımıza görə çox xoşbəxtik. Avrokuboklarda da yaxşı çıxış etdik. Avropada bəzi komandalar “Qarabağ”dan qorxurlar”.

Monteneqrolu müdafiəçi öz oyunundan razı olduğunu deyib:

“Təbii ki, performansımdan razıyam. Əsasən də, mövsümün ilk yarısındakı çıxışımdan. Amma bilirəm ki, daha yaxşı ola bilərəm. Bunu etməyə çalışacağam”.

Veşoviç “köhlən atlar”ın Çempionlar Liqasında çətin rəqiblərlə üz-üzə gələcəyini deyib:

“Çox çətin komandalarla qarşılaşacağıq. İndidən dəqiq nəsə demək çətindir. Ancaq bəzi komandalardan xəbərim var. Rumıniya, Polşa kimi ölkələrin çempionları yer alıblar. Onlara qarşı yaxşı hazırlaşmaq lazımdır. Keçən mövsüm hər mərhələdə bizə ən ağır rəqiblər düşürdü. Çempionlar Liqasının qrupuna düşmək yolu çox çətin idi. Amma biz heç kimdən qorxmuruq, Çempionlar Liqasında bütün rəqiblərə qarşı oynayacağıq. Hər bir komandanı məğlub edə bilərik. Bunu da göstərmişik. Ona görə deyirəm ki, heç kimdən qorxmuruq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button