Avropa Super Liqasının başlama tarixi bəlli olub

Avropa Super Liqası 18 aydan sonra başlayacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu gün Avropa Məhkəməsi FİFA və UEFA-nın 2021-ci ildə Super Liqanın yaradılmasını qadağan edən hərəkətlərini qanunsuz elan edib.

Təşkilatların Avropada klub yarışlarında monopoliyası yoxdur. Super Liqa indi Avropa qanunlarına uyğun olaraq, rəsmi qaydada yaradıla bilər.

2021-ci ilin mayında Super Liqa UEFA və FİFA-nı rəqabət qanunlarını pozmaqda ittiham edib. Həmin ilin aprelində Avropanın 12 klubu Super Liqanın yaradıldığını elan etmişdi. Bura İngiltərənin “Arsenal”, “Liverpul”, “Mançester Siti”, “Mançester Yunayted”, “Tottenhem”, “Çelsi”, İspaniyanın “Atletiko ”, “Barselona”, “Real”, həmçinin İtaliyanın “İnter”, “Milan” və “Yuventus” klubları daxil idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button