“Biz çox xoşbəxtik” – Ançelotti

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya çempionatını qazandıqdan sonra hisslərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, eyni zamanda, komandanın çempionatda qələbə qazanmasında əsas amilin nə olduğunu da açıqlayıb:

“Biz çox xoşbəxtik. Bu, layiqli qələbə idi. Bu hadisəni bütün azarkeşlərlə qeyd etmək istərdik, lakin onlar başa düşürlər ki, bizi çərşənbə günü çox vacib sınaq gözləyir. Onları sevindirmək üçün yaxşı hazırlaşmaq istəyirik və bu həftə sonu birlikdə titulu qeyd edəcəyik.

Bu komandanı idarə etmək asandır. Çünki çox bağlılıq, kiçik eqo var, hamı bir-birinə kömək edir və mehribandır. Bizim yaxşı şəraitimiz var və bu xüsusiyyətlər bizə qələbə qazanmağa imkan verdi”.

“Barselona” mayın 4-də La Liqanın 34-cü turunun matçında “Jirona”ya uduzub (2:4) və turnir cədvəlində “Real”ı keçmək şansını itirib. Madrid klubu bununla da, vaxtından əvvəl ölkə çempionu olub.

“Real” mayın 8-də Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda “Bayern”lə qarşılaşacaq. Komandalar arasında ilk görüş heç-heçə (2:2) başa çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button