Avropa Olimpiya Təsnifat turniri: Bayramovdan ikinci qələbə

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində ikinci görüşünə çıxıb.

Komanda.az xəbər verir ki, 74 kq çəki dərəcəsində yer alan 23 yaşlı idmançı 1/4 final mərhələsində Rumıniya idmançısı Zurab Karpayevlə üz-üz gəlib.

Görüş təmsilçimizin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da, Bayramov yarımfinala yüksəlib. O, son duelində Frank Çamizo (İtaliya) ilə qarşılaşacaq.

Daha əvvəl Osman Nurmaqomedov (86 kq) 1/4 finala, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq) və Georgi Meşvildişvili (125 kq) yarımfinala adlayıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button