Avroliqa: “Fənərbaxça”dan darmadağın

Bu gün Avropa Liqasında 2022/23 mövsümünə start verilib.

Komanda.az xəbər verir ki, turnir 3-cü təsnifat mərhələsininin ilk oyunları ilə başlayııb. Bu raundda 14 komandanın iştirakı ilə 7 görüş baş tutub.

Gecənin maraqla gözlənilən matçlarından biri Türkiyədə baş tutub. “Fənərbaxça” evdə Çexiyanın “Slovaçko” komandasını sınağa çəkib və 3 cavabsız qolla qalib gəlib.

“Qarabağ” – “Ferentsvaroş” (Macarıstan) cütünün məğlubunun Avroliqadakı potensial rəqibləri olan İrlandiyanın “Şemrok Rovers” və Şimali Makedoniyanın “Şkupi” klubları Dublində üz-üzə gəliblər. Dörd qolun qeydə alındığı matçda irlandlar qələbəyə seviniblər.

Bu mərhələnin cavab görüşləri avqustun 11-də keçiriləcək.

Avropa Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunları
4 avqust

AEK (Larnaka, Kipr) – Partizan (Serbiya) 2:1

Malmö (İsveç) – Düdelanj (Lüksemburq) 3:0

Fənərbaxça (Türkiyə) – Slovaçko (Çexiya) 3:0

Maribor (Sloveniya) – HJK (Helsinki, Finlandiya) 0:2

Linfild (Şimali İrlandiya) – Sürix (İsveçrə) 0:2

Şemrok Rovers (İrlandiya) – Şkupi (Şimali Makedoniya) 3:1

Olimpiakos (Yunanıstan) – Slovan (Bratislava, Slovakiya) 1:1

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button