
Avropa Liqası: “Qarabağ” bu gün ÇSKA ilə ilk oyununu keçirəcək
“Qarabağ” bu gün UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək.
Komanda.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda turnirin 2-ci təsnifat mərhələsinin ilk oyununda, Bakıda Bolqarıstanın ÇSKA (Sofiya) klubunu qəbul edəcək.
Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Matçı italiyalı FİFA referisi Daniele Kiffi idarə edəcək.
Komandalar arasında cavab matçı iyulun 30-da Sofiya şəhərində keçirləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



