Avropa Liqası: Həftənin futbolçusu adına namizədlər bilindi

UEFA Avropa Liqasında qrup mərhələsinin 5-ci tur oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər məlum olub.

Komanda.az xəbər verir ki, bu ada İspaniya “Real Sosyedad”ından Robert Navarro, Fransa “Renn”indən Amin Quiri, Niderlandın PSV klubundan Luk De Yonq və Kiprin AEK (Larnaka) komandasından Omri Altman namizəddir.

Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button