Avropa Liqasında 3-cü təsnifat mərhələsinə yekun vuruldu

Avropa Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunlarına yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib. Şimali İrlandiyanın “Linfild” klubu Monteneqro “Sutyeska”sını qəbul edib. Komandalar arasındakı ilk oyunda “Linfild” 2:1 hesablı qələbə qazanmışdı. Cavab oyununda da bu kollektiv qalib gəlib və Çempionlar Liqasında APOEL səddini keçə bilməyən, Avropa Liqasının pley-off mərhələsində mübarizə aparmaq məcburiyyətində qalan “Qarabağ”a rəqib olub.

“Qarabağ”ın ÇL-də mübarizədən kənarlaşdırdığı İrlandiyanın “Dandalk” klubu isə Avroliqada da “Slovan” (Slovakiya) səddini keçə bilməyib.

Dünən daha 3 oyun keçirilib. Yunanıstanın “Atromitos” klubu Polşa “Legiya”sını qəbul edib. Komandalar arasındakı ilk oyun qolsuz bərabərliklə bitmişdi. Cavab oyununda inamlı qələbə qazanan Polşa klubu pley-offa yüksəlib. Portuqaliyanın “Vitoriya” klubu isə səfərdə 3 cavabsız qol vurduğu Latviya təmsilçisi “Ventspils”i doğma meydanda daha biabırçı hesabla məğlub edib.

Azərbaycanın bu turnirdə təmsilçisi olan “Neftçi” də növbəti oyununu bu gün keçirib. Roberto Bordinin rəhbərlik etdiyi kollektiv İsraildə “Bney Yehuda”nın qonağı olub. Komandalar arasında Bakıda keçirilən görüş qollu bərabərliklə başa çatmışdı – 2:2. Səfərdə 1:2 hesabıyla uduzan “Neftçi” mübarizəni dayandırıb.

Türkiyənin “Trabzonspor” klubu Çexiya “Sparta”sını, “Yeni Malatyaspor” isə Serbiya “Partizan”ını qəbul edib. Malatya təmsilçisi mübarizəni dayandırsa da, trabzonlular pley-offa vəsiqə qazanıblar.

Avropa Liqası, 3-cü təsnifat mərhələsi, cavab oyunları

13 avqust

Nomme Kalyu (Estoniya) – Düdelanj (Lüksemburq) 0:1
Qol
: Sinani, 56.
İlk oyun – 1:3

Linfild (Şimali İrlandiya) – Sutyeska (Monteneqro) 3:2
Qol
: Stefford, 7. Laveri, 18. Klark, 76 – Bojoviç, 15; 61.
İlk oyun – 2:1

Dandalk (İrlandiya) – Slovan (Slovakiya) 1:3
Qol
: Daffi, 70 – Ratao, 12. Kavrik, 33. Daniel, 90+3.
İlk oyun – 0:1

14 avqust

Atromitos (Yunanıstan) – Legiya (Polşa) 0:2
Qol
: Stolarski, 29. Qviliya, 51.
İlk oyun – 0:0

Saburtalo (Gürcüstan) – Ararat (Ermənistan) 0:2
Qol
: Kobilako, 10. Avetisyan, 67.
İlk oyun – 2:1

Vitoriya (Portuqaliya) – Ventspils (Latviya) 6:0
Qol
: Davidson, 28. Roşinya, 48; 58. Teyşeyra, 79. Silva Souza, 80. Pepe, 86.
İlk oyun – 3:0

15 avqust

HİK (Finlandiya) – Riqa (Litva) 2:2
Qol
: Forsell, 5. Vayrinen, 69 – Debelko, 62; 80.
İlk oyun – 1:1

Dinamo (Gürcüstan) – Feyenoord (Hollandiya) 1:1
Qol
: Şengeliya, 52 – Bottegin, 57.
İlk oyun – 0:4

Spartak (Moskva, Rusiya) – Tyun (İsveçrə) 2:1
Qol
: Ponse, 52. Şürrle, 58 – Qlarner, 7.
İlk oyun- 3:2

AİK (İsveç) – Şerif (Moldova) 1:1
Qol
: Bahoui, 61 – Boban, 86.
İlk oyun – 2:1

BATE (Belarus) – Sarayevo (Bosniya və Herseqovina) 0:0
İlk oyun – 2:1

Apollon (Kipr) – Austriya (Avstriya) 3:1
Qol
: Gakpe, 45+2. Yanniotas, 67. Handl, 55-öz qapısına – Maudo, 18.
İlk oyun – 2:1

Zarya (Ukrayna) – ÇSKA (Bolqarıstan) 1:0
Qol
: Rusin, 89.
İlk oyun – 1:1

Mlada Boleslav (Çexiya) – Styaua (Rumıniya) 0:1
Qol
: Pantiru, 90+1.
İlk oyun – 0:0

Şaxtyor (Belarus) – Torino (İtaliya) 1:1
Qol
: Yanuş, 90+1 – Zaza, 80.
İlk oyun – 0:5

Suduva (Litva) – Makkabi (İsrail) 2:1
Qol
: Topçaqiç, 12. Svrlyuqa, 45 – Blakman, 86.
İlk oyun – 2:1

Bney Yehuda (İsrail) – Neftçi (Azərbaycan) 2:1
Qol
: Jan, 15. Tambi, 66 – Mahmudov, 90+3-pen.
İlk oyun – 2:2

Yeni Malatyaspor (Türkiyə) – Partizan (Serbiya) 1:0
Qol
: Yahoviç, 7.
İlk oyun – 1:3

Jirinski (Bosniya və Herseqovina) – Malmö (İsveç) 1:0
Qol
: Sovşiç, 90+1-pen.
İlk oyun – 0:3

Hapoel (Beer-Şeva, İsrail) – Norçöpinq (İsveç) 3:1
Qol
: Zrihan, 67; 90+4. Hasselbeynk, 72 – Lauritsen, 82.
İlk oyun – 1:1

TNS (Uels) – Ludoqorets (Bolqarıstan) 0:4
Qol
: Şverçok, 36; 77. Lukoki, 42. Biton, 90+2.
İlk oyun – 0:5

Trabzonspor (Türkiyə) – Sparta (Çexiya) 2:1
Qol
: Sorlot, 11. Novak, 90+8 – Hlozek, 78.
İlk oyun – 2:2

AEK (Yunanıstan) – Universitatya Krayova (Rumıniya) 1:1
Qol
: Mantalos, 26 – İvanov, 63.
İlk oyun – 2:0

Valletta (Malta) – Astana (Qazaxıstan) 0:4
Qol
: Murtazayev, 25; 68. Tomasov, 37; 89.
İlk oyun – 1:5

Viktoriya (Çexiya) – Antverpen (Belçika) 2:1
Qol
: Krmençik, 81; 97 – Mbokani, 113.
İlk oyun – 0:1

Ayntraxt (Almaniya) – Vaduts (Lixtenşteyn) 1:0
Qol
: De Quzman, 32.
İlk oyun – 5:0

Alkmaar (Hollandiya) – Mariupol (Ukrayna) 4:0
Qol
: Stenqs, 20. Ouvejan, 44. Vuytens, 2. Yavorski, 90-öz qapısına.
İlk oyun – 0:0

Aris (Yunanıstan) – Molde (Norveç) 3:1
Qol
: Matilya, 25. Delizisis, 37. Diquini, 84 – Bolli, 106.
İlk oyun – 0:3

Gent (Belçika) – AEK (Kipr) 3:0
Qol
: Depoitre, 65. David, 90+3; 90+6.
İlk oyun – 1:1

PSV (Hollandiya) – Hauqsen (Norveç) 0:0
İlk oyun – 1:0

Strasburq (Fransa) – Lokomotiv (Plovdiv, Bolqarıstan) 1:0
Qol
: Zohi, 8.
İlk oyun – 1:0

Braqa (Portuqaliya) – Brondbü (Danimarka) 3:1
Qol
: Palhinya, 19; 66. Horta, 41 – Bjur, 85.
İlk oyun – 4:2

Reyncers (Şotlandiya) – Midtyulland (Danimarka) 3:1
Qol
: Morelos, 14; 49. Ojo, 39 – Evander, 72.
İlk oyun – 4:2

Aberdin (Şotlandiya) – Riyeka (Xorvatiya) 0:2
Qol
: Lonkar, 10. Çolak, 32.
İlk oyun – 0:2

Vulverhempton (İngiltərə) – Pünik (Ermənistan) 4:0
Qol
: Neto, 54. Gibbs-Vayt, 58. Vinaqre, 64. Jota, 87.
İlk oyun – 4:0

Espanyol (İspaniya) – Lütsern (İsveçrə) 3:0
Qol
: Ley, 3. Kampuzano, 27; 38.
İlk oyun – 3:0