Moldova yığmasının baş məşqçisi Azərbaycanla oyundan danışdı

Avropa çempionatının seçmə mərhələsində Azərbaycana məğlub olan qadın futbolçulardan ibarət Moldova yığmasının baş məşqçisi Eduard Blanuta oyunla bağlı fikirlərini bildirib.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, Blanuta 0:1 hesabıyla uduzduqları görüşü belə şərh edib:

“Qələbəni hansı komanda daha çox istədi, o da qələbə qazandı. Müsbət məqam ondan ibarətdir ki, komandam istədiyimiz oyunu nümayiş etdirdi. Oyunumuzda çatışmayan yeganə cəhət hesabı bərabərləşdirə bilməməyimizdir. Bu da oyunun gedişində müəyyən mənada oyun üslubumuzu dəyişməyimizə səbəb oldu”.