
Avropa çempionatı: Azərbaycan millisi məğlubiyyətlə başladı
Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının 2-ci seçmə mərhələsinə məğlubiyyətlə başlayıb.
Komanda.az xəbər verir ki, B Liqasının 4-cü qrupunda yer alan yığma Şimali İrlandiya ilə üz-üzə gəlib. Albaniyanın paytaxtı Tiranadakı “House of Football Natural Pitch” stadionunda təşkil olunan qarşılaşma rəqibin qələbəsi ilə bitib – 4:0.
U-19 fevralın 21-də Albaniya, bundan üç gün sonra isə Monteneqro ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



