Avropa çempionatı: Azərbaycan millisi finalda

Azərbaycanın karate üzrə kumite komandası Türkiyənin Qaziantep şəhərində keçirilən Avropa çempionatında finala yüksəlib.

Komanda.az xəbər verir ki, Pənah Abdullayev, Tural Ağalarzadə, Rafael Ağayev, Asiman Qurbanlı, Rafiz Həsənov, Turqut Həsənov və Ayxan Mamayevdən ibarət heyət həlledici raundda Fransa ilə üz-üzə gələcək.

Final mayın 29-da keçiriləcək.

Mübarizəyə 1/8 finalda start verən Azərbaycan yığması ardıcıl olaraq Kosovonu 3:1, Portuqaliyanı 2:0, Yunanıstanı isə 3:0 hesabı ilə məğlub edib.