Avroliqada həftənin ən yaxşı oyunçusu bəlli oldu

Avropa Liqasında 1/8 final mərhələsinin cavab matçlarından sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.

Komanda.az xəbər verir ki, UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılmış səsverməyə əsasən, Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun hücumameylli yarımmüdafiəçisi Mislav Orşiç həftənin ən yaxşı oyunçusu seçilib.

29 yaşlı oyunçu doğma meydanda İngiltərə “Tottenhem”inə 3:0 hesabı ilə qalib gəldikləri görüşdə het-trik edib. Zaqreb təmsilçisi səfrədəki ilk oyunda 0:2 hesabıyla uduzsa da, cavab matçındakı əzmkar qələbə sayəsində 1/4 finala yüksəlib.

Qeyd edək ki, Avroliqada həftənin ən yaxşı oyunçusu adına “Vilyarreal”dan (İspaniya) Jerar Moreno, “Roma”dan (İtaliya) Borxa Mayoral və “Ayaks”dan (Niderland) David Neres də namizəd idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button