Luis Suaresdən 4750 avroluq yardım

“Atletiko”nun və Uruqvay milli komandasının hücumçusu Luis Suares xeyriyyə tədbirində iştirak edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Suares, hər il Uruqvayda keçirilən “MC Donalds”ın kampaniyasına 4750 avroluq yardım edib.

Belə ki, forvard 1000 hamburger alaraq, Uruqvayın paytaxtı Montevideodan 32 km aralıqda yerləşən Pando şəhərinin gənclər liqasında çıxış edən futbolçularına hədiyyə edib. Hamburgerlərin satışından gələn pul isə xeyriyyə fonduna köçürülüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button