Luis Suares üçün “Liverpul” iddiası

“Atletiko”nun hücumçusu Luis Suares karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az xəbər verir ki, uruqvaylı hücumçu ilə “Liverpul” klubu maraqlanır. Bu barədə İspaniyanın “Deportes Cuatro” nəşri məlumat yayıb. Xəbərdə, “Liverpul”da hücumçu Məhəmməd Salahın komandadan ayrılacağı halda, onun yerinin Suareslə doldurulacağı bildirilib.

Suares mövsümün əvvəlində 7 milyon avro qarşılığında “Barselona”dan “Atletiko”ya keçib. 34 yaşlı hücumçu Madrid komandası ilə 32 oyunda 19 qol vurub.

Suares daha əvvəl, 2011-2014-cü illər aralığında “Liverpul”da çıxış edib. Uruqvaylı futbolçu Mersisayd təmsilçisində 133 oyunda 82 qol vurub.