“Hər kəs bizim məğlub olmağımızı istəyirdi”

“Atletiko”nun futbolçusu Saul Niqes Çempionlar Liqasının 1/8 finalının ilk matçında “Liverpul”u məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, komandasına qələbə qazandıran yeganə qolun müəllifi olan ispan yarımmüdafiəçi qələbəni belə şərh edib:

“Atletiko”nun futbolçuları üzərlərinə düşən işi davam etdirdi. Hər kəs bizim məğlub olmağımızı istəyirdi, ancaq biz qələbə qazandıq və davam edirik. Müdafiədə çox yaxşı oynadıq, rəqibə boşluqlar vermədik. Çünki “Liverpul”da bunu çox yaxşı dəyərləndirə biləcək iki futbolçu – Sadio Mane və Məhəmməd Salah var.

Həqiqətən qol vurmaq istəyirdim. Çünki uzun müddət idi ki, tənqid olunurdum. Doğma meydanımızda qol vurduğum üçün də şanadam. Azarkeşlərimiz möhtəşəm idi. Bu, mənə “Visente Kalderon”dakı oyunlarımızı xatırlatdı. Bizi tənqid edənlər çoxdur, ancaq pis zamanlarımızda da yanımızda olan fanatlarımız var. Onlara təşəkkür edirəm, bizim üçün dəyərlidirlər”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button