“Atletiko”nun hücumçusu sıradan çıxıb

“Atletiko”nun hücumçusu Alvaro Morata zədələnib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən verir ki, 31 yaşlı forvard La Liqanın 24-cü turunun “Sevilya” ilə matçında (0:1) sıradan çıxıb.

Dizindən xəsarət alan İspaniya millisinin üzvü 2-3 ay yaşıl meydanlardan uzaq qalacaq.

Morata bu mövsüm “Atletiko”nun heyətində meydana çıxdığı 33 matçda 19 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button