“Atletiko”nun Luis Suares dərdi

“Atletiko” UEFA Çempionlar Liqasının 5-ci turu çərçivəsində “Bavariya”nı qəbul edəcək.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Madrid klubunun hücumçusu Luis Suares bu oyunda iştirak edə bilməyəcək. Buna səbəb, uruqvaylı futbolçunun növbəti koronavirus testinin də pozitiv nəticələnməsidir. Bu səbəblə komandanın məşqlərinə qatıla bilməyən futbolçu, “Bavariya” ilə ev matçını da qaçırmalı olacaq.

Suares noyabrın ortalarında – Uruqvay millisinin düşərgəsində koronavirusa yoluxub.

“Atletiko” – “Bavariya” oyunu bu gün, saat 00:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button