“Atletiko” kapitanla müqavilənin müddətini uzadıb

“Atletiko” klubu futbolçusu Koke ilə müqavilənin müddətini uzadıb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, kapitanın yeni sözləşməsi 2025-ci ilin yayınadək nəzərdə tutulub.

Koke cari mövsümdə bütün turnirlərdə 39 matçda iştirak edib və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

“Atletiko”nun yetirməsi olan Koke 2009-cu ildən əsas komandada çıxış edir. O, paytaxt klubu ilə 2 dəfə La Liqanın, 2 dəfə Avropa Liqasının, eyni sayda UEFA superkubokunun qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button