“Atletiko”da oynamaq istəyirəm” – Morata

“Atletiko”un hücumçusu Alvaro Morata İspaniya La Liqasının 1-ci turu çərçivəsində “Xetafe” ilə oyundan (3:0) sonra klubda qalmaq istədiyini bildirib. 

Komanda.az xəbər verir ki, o, hər oyunda komandaya nəticə gətirə biləcəyini söyləyib:

“Mən burada qalmaq və bir çox turnirlərdə “Atletiko”da oynamaq istəyirəm. Həmişə olduğu kimi, burada olmaqdan şadam. Çalışmağa davam edə və hər oyunda komandaya nəticə gətirməyə çalışa bilərəm. “Atletiko” dünyanın ən yaxşı klublarından biridir. Bəli, transfer təklifləri var, bununla bağlı heç nə edə bilmirəm, sadəcə işləməyə davam edirəm. Mən burada xoşbəxtəm və bu klubda davam etmək istəyirəm”.

29 yaşlı hücumçu “Xetafe” ilə matçda dubla imza atıb.

Morata son iki mövsümü icarə əsasında “Yuventus”da keçirib. Onun “hindular”la müqaviləsi 2023-cü il iyunun 30-na qədərdir.

Bizi Telegramda izləyin