“Leqanes”dən səfər qələbəsi

İspaniya La Liqasında 22-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Hueska” öz meydanında “Valyadolid”i qəbul edib. Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan meydan sahibləri bu görüşdə 4 cavabsız qolla qalib gəliblər.

Şənbə günü daha dörd görüş baş tutub. “Levante” – “Xetafe” matçında hesab açılmayıb. “Barselona” “Valensiya” ilə ev oyununda xal itkisi ilə üzləşib. “ Atletik” səfərdə “Real Sosyedad”a, “ Sevilya” isə “Selta”ya məğlub olub.

Bazar günü də dörd oyun baş tutub. “Real” bu turda “Alaves”i sınağa çəkib və 3 cavabsız qolla qalib gəlib. “Eybar” da “Jirona”nı oxşar hesabla üstələyib. Turun maraqla gözlənilən qarşılaşmasında “Atletiko” çətin “Betis” səfərinə yollanıb. Madrid klubu bu görüşdə minimal hesabla məğlub olub.

İspaniya La Liqası, 22-ci tur

1 fevral

Hueska – Valyadolid 4:0
Qol: Qalleqo, 19. Pulido, 50. M.Qomes, 53. Avila, 77.

2 fevral

Levante – Xetafe 0:0

Real Sosyedad – Atletik 2:1
Qol: Oyarabal, 16. V.Xose, 45 – R.Qarsiya, 82.

Barselona – Valensiya 2:2
Qol: Messi, 30-pen; 64 – Qameyro, 24. Parexo, 32-pen.

Selta – Sevilya 1:0
Qol: O.Yokuşlu, 73.

3 fevral

Vilyarreal – Espanyol 2:2
Qol: İborra, 37. Kasorla, 65-pen – Bonera, 75. Rosales, 81.

Betis – Atletiko 1:0
Qol: Kanales, 65-pen.

Eybar – Jirona 3:0
Qol: Pena, 37. Çarles, 46; 57-pen.

Real – Alaves 3:0
Qol: Benzema, 30. Junior, 80. Dias, 90.

4 fevral

Rayo Valyekano – Leqanes 1:2
Qol: A.Qarsiya, 83 – Breytveyt, 36. En Nesiri, 85.

Bombardir: Lionel Messi (Barselona) – 19 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button