Cənubi koreyalı futbolçu “Atletiko”da – Rəsmi

Cənubi Koreya millisinin yarımmüdafiəçisi Li Kan İn PSJ-dən ayrılaraq karyerasını İspaniyada davam etdirəcək.

Komanda.az “Atletiko”nun mətbuat xidmətinə istinadən xəbər verir ki, 25 yaşlı futbolçu ilə Madrid klubu arasında müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Daha əvvəl İspaniya mətbuatında transferin 35 milyon avroya başa gəldiyi bildirilmişdi.

Li Kan İn ötən mövsüm Fransa Liqa 1-də PSJ-nin heyətində 27 oyuna çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button