
“Atletiko” argentinalı futbolçu ilə anlaşıb
“Yuventus”un vingeri Niko Qonsales karyerasını “Atletiko”da davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid təmsilçisi ilə futbolçu arasında danışıqlar müsbət istiqamətdə irəliləyir. Tərəflərin artıq şəxsi müqavilə şərtlərində razılığa gəldiyi bildirilir.
28 yaşlı futbolçu müddəti 2030-cu ilə qədər nəzərdə tutulan müqaviləyə, həmçinin, illik 4 milyon avro maaş və bonuslara razılaşıb.
Qonsales son mövsümü “Atletiko”da icarə əsasında çıxış edib. O, komandanın heyətində bütün turnirlərdə 37 oyunda iştirak edib, 5 qol vurub. Argentinalı futbolçunun hüquqları “Yuventus”a məxsusdur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



