“Atalanta”ya məğlubiyyət utancverici deyil” – Pioli

İtaliya A Seriyasının 19-cu turu çərçivəsində “Atalanta”ya 0:3 hesabı ilə məğlub olan “Milan”ın baş məşqçisi Stefano Pioli oyundan sonra açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, mütəxəssis, çətin oyun keçdiyini bildirib:

“Atalanta” işimizi çox çətinləşdirdi. İkinci qol oyunun taleyini həll etdi. Vaxtımız vardı, amma oyunda geri dönüş edə bilmədik. “Atalanta” bizdən daha yaxşı oynadı. Fiziki cəhətdən daha güclü komandaya məğlub olduq. “Atalanta”ya məğlubiyyət utancverici deyil.  

Çətin, rəqabətli çempionatda mübarizə aparırıq, amma liderliyimizi qorumaq istəyirik”.