Ölən futbolçunun ailəsi 1 milyon avrodan çox kompensasiya alacaq

“Fiorentina”nın sabiq oyunçusu Davide Astorinin ailəsi 2018-ci ildə vəfat edən futbolçunun müayinədən keçdiyi tibb müəssisəsindən 1 milyon avrodan çox kompensasiya alacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, həkimlər heç bir ürək anomaliyası müşahidə etməyiblər, lakin sonradan məlum olub ki, oyunçu idmanla əlaqəli artan stress səbəbindən ölüb. Ölümcül vəziyyətə görə şəxsən məsuliyyət daşıyan professor Giorgio Qalanti bir il həbsxanada yatacaq.

Astori 4 mart 2018-ci ildə Udine şəhərində, yuxuda vəfat edib. O, İtaliya liqasının “Udineze” ilə oyunundan əvvəl otel otağında ölü tapılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button