“Aston Villa” “Nyukasl”ı məğlub yola saldı

Futbol üzrə İngiltərə Premyer Liqasında 11-ci turdan təxirə salınmış bir oyun keçirilib.

Komanda.az xəbər verir ki, “Aston Villa” doğma meydanda “Nyukasl”la qarşılaşıb.

Meydan sahibləri bu oyunda inamlı qələbə sayəsində xallarının sayını 29-a çatdırıblar və 8-ci pilləyə yüksəliblər. “Nyukasl” isə 19 xalla 16-cı sırada qalıb.

İngiltərə Premyer Liqası
11-ci turun oyunu

24 yanvar

Aston Villa – Nyukasl 2:0
Qol
: Uotkins, 13. Traore, 42.