“Artıq qarşı tərəfin qərarını gözləyirik” – “İnter” rəsmisi

İtaliyanın “İnter” klubunun uzun müddətdir transfer hədəfində olan Romelu Lukaku üçün “Mançester Yunayted”ə ilk təklifini göndərdiyini xəbər vermişdik.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “İnter”in idman direktoru Piero Ausilio, məsələylə bağlı açıqlama verərək, “qırmızı şeytanlar”ın qərarını gözlədiklərini bildirib:

“Biz Lukaku üçün “Mançester Yunayted”lə rəsmi görüş keçirdik, danışıqlar apardıq. Artıq qarşı tərəfin qərarını gözləyirik. Nələr olacağını görəcəyik.

Bütün transfer hədəflərimiz baş məşqçimiz Antonio Kontenin fikirləri ilə üst-üstə düşür. Onun istəklərini maliyyə imkanlarımıza uyğun şəkildə həyata keçirməyə çalışacağıq”.

Belçikalı hücumçunu icarəyə götürmək istəyən “İnter”, Mançester təmsilçisinə ümumilikdə 70 milyon avro təklif etmişdi. “Mançester Yunayted”in isə Lukakunu 85 milyon avro müqabilində satmağa hazır olduğu bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button