“Mançester Yunayted”lə üç dəfə Çempionlar Liqasını qazana bilməzdim” – Kroos

İspaniyanın “Real” klubunun yarımmüdafiəçisi Toni Kroos açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, alman futbolçu, 2014-cü ildə “kral klubu”na transfer olunmazdan əvvəl “Mançester Yunayted”lə anlaşdığını deyib:

“2014-cü ildə “Mançester Yunayted”in məni transfer etmək istədiyini və baş məşqçi David Moyesin mənim üçün hərəkətə keçdiyini bilirdim. Onunla görüşdük və çox yaxşı görüş keçirdik. Moyeslə “Mançester Yunayted”in inkişaf planları haqqında çox danışdıq və bu, məni inandırdı. Bu klubla müqavilə imzalamağım üçün hər şey hazır idi. Sonda “Mançester Yunayted”ə transfer olunmağım üçün şifahi şəkildə razılıq verdim. Nə baş verəcəyini düşünən bir insan deyiləm. Bu transferə çox yaxın idim. Demək olar ki, artıq klubun futbolçusu idim, amma bu transfer reallaşmadı. Mən “Real”a transfer olundum.

Təəssüflənmək üçün heç bir səbəbim yoxdur. Bir şeyi dəqiq bilirəm ki, “Mançester Yunayted”lə üç dəfə Çempionlar Liqasını qazana bilməzdim”.