“Pozitiv düşünürəm, onunla və meneceri ilə danışıqlarımız yaxşı gedir” – Arteta

“Arsenal” futbolçusu Pyer-Emerik Obameyanqla yeni müqavilə imzalamağa hazırlaşır.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, bu barədə “topçular”ın baş məşqçisi Mikel Arteta məlumat verib. O, 31 yaşlı futbolçu ilə danışıqları davam etdirdiklərini bildirib:

“Pozitiv düşünürəm, onunla və meneceri ilə danışıqlarımız yaxşı gedir. Tezliklə bir razılığa gələcəyimizə əminəm. Onun da klubda uzun müddət qalsa, xoşbəxt olacağını düşünürəm”.

Məlumata görə, yeni müqavilənin müddəti 3 illik nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button