Arteta “Jirona”nın futbolçusuna zəng edib

Hüquqları “Jirona”ya məxsus olan müdafiəçi Migel Qutyerres İspaniyadan İngiltərəyə köçə bilər.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “Arsenal” 22 yaşlı ispaniyalı vingeri transfer etmək istəyir.

“Arsenal”ın baş məşqçisi Mikel Arteta həmyerlisinin transferində şəxsən maraqlıdır. Mütəxəssis futbolçuya zəng edərək, potensial müqaviləni müzakirə edib. Qutyerres uğrunda mübarizədə “Arsenal”ın rəqibləri “Real” və “Mançester Yunayteddir”.

İspaniyalı futbolçunun “Jirona” ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button