“Hər oyunda qalib gəlmək vacibdir”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta 2023/24 mövsümündə İngiltərə Premyer Liqasının qalibi olmaq şanslarını qorumaq üçün komandasının nə etməli olduğu sualını cavablandırıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis çempionluğu qazanmaq üçün hər oyunda qalib gəlməyin vacib olduğunu bildirib:

“Hər matçda qalib gəlmək? Bilmirəm. Amma çox yaxın bir şey mütləq olmalıdır. Digər komandaların səviyyəsini, nümayiş etdirdikləri ardıcıllığı görəndə, həmçinin bu çempionluğu qazanmaq üçün nəyin lazım olduğunu biləndə başa düşürsən ki, hər oyunda qalib gəlmək vacibdir”.

“Arsenal” Premyer Liqanın 29 turundan sonra lider “Liverpul”dan 2 xal geri qalaraq turnir cədvəlində 2-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button