Arteta: “Aylardır bunun üzərində çalışırıq”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 35-ci turunun “Nyukasl”la matçından sonra (2:0) açıqlama verib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, çempionluq uğrunda mübarizə apardıqlarını deyib:

“Oyunu yaxşı idarə etdiklərinə görə futbolçularımla fəxr edirəm. Onlar inkişaf etməyə davam edirlər. Aylardır bunun üzərində çalışırıq. Daha çox çalışmalıyıq.

Bizə qarşı irəli sürülən tələblər həddindən çox yüksəkdir, bunu bilirik. Mövsümün bitməsinə üç oyun qalıb. Hələ də çempionluq uğrunda mübarizə aparırıq”.

“Topçular” hazırda İngiltərə çempionatının turnir cədvəlində 81 xalla 2-ci, “Nyukasl” isə 65 xalla 3-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button