Daha bir futbolçunun ürəyində problem aşkarlandı – koronavirusdan sonra

“Arsenal”ın və Qabon millisinin hücumçusu Pyer-Emerik Obameyanqın ürəyində problem yaranıb.

Komanda.az xəbər verir ki, bu barədə Qabon Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Xəbərdə, bir müddət əvvəl koronavirusa yoluxan futbolçunun ürəyində problem yarandığı bildirilib.

Obameyanqın koronavirusdan sağalmasına baxmayaraq, ürəyində problem aşkarlanıb və o, bu səbəbdən bir müddət yaşıl meydanlardan uzaq qalacaq.

Daha əvvəl “Bayern”in futbolçusu Alfonso Deyvisin də koronavirusdan sağaldıqdan sonra ürəyində problem aşkarlanıb.