Emeri İspaniyaya qayıdır – yeni klubu bəlli oldu

“Arsenal”ın sabiq baş məşqçisi Unay Emeri İspaniyada çalışa bilər.

Komanda.az xəbər verir ki, 48 yaşlı mütəxəssis “Vilyarreal” klubunda baş məşqçilik etməyə yaxındır. Bu barədə “Marca” nəşri məlumat yayıb. Xəbərdə, tərəflərin artıq razılaşdığı bildirilir.

Son olaraq “Arsenal”ı çalışdıran Emeri, daha əvvəl İspaniyada “Almeriya”, “Valensiya” və “Sevilya”nın baş məşqçisi olub. İspan çalışdırıcının adı İtaliyanın “Fiorentina” klubuyla da hallanırdı.

“Vilyarreal” La Liqada mövsümü 5-ci sırada tamamlayaraq, Avropa Liqasına vəsiqə qazanıb. Komandanı hazırda Xavyer Kalleya çalışdırır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button