“Arsenal”ın “Liverpul”dan daha yaxşı olduğunu görürəm” – Keçmiş futbolçu

“Mançester Yunayted”in sabiq futbolçusu Qari Nevill çempionluq uğrunda mübarizədə “Mançester Siti”nin əsas rəqibini açıqlayıb.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, İngiltərə millisinin keçmiş üzvü çempionluq uğrunda mübarizədə “şəhərlilər”ə ən yaxın rəqibi “Arsenal” olaraq düşünür:

“Məncə, “Arsenal” hazırda “Mançester Siti”yə ən yaxın olandır. Bəli, “Liverpul” hazırda birinci yerdədir, komandanın əla məşqçisi var. Amma “Arsenal”a baxanda onların “Liverpul”dan daha yaxşı olduğunu görürəm”.

“Mançeste Siti” hazırda 52 xalla ikincidir. “Liverpul” 54 xalla turnir cədvəlində liderlik edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button