“Arsenal” onu 80 milyon avroya satmağa razıdır

“Arsenal”ın futbolçusu Pyer-Emerik Obameyanq “Real”ın diqqət mərkəzinə düşüb.

Komanda.az xəbər verir ki, Madrid təmsilçisi qış fasiləsində qabonlu hücumçunun keçidini həll etmək niyyətindədir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. “Arsenal” Obameyanqı 80 milyon avro qarşılığında satmağa hazırdır.

30 yaşlı hücumçu bu mövsüm Premyer Liqada 11 oyuna 8 qol vurub.